Türkiyə koronavirusa qarşı “məxfi silahını” işə salıb – Odekalondan istifadə ənənə halına gəlibbackend

Türkiyə koronavirusa qarşı “məxfi silahını” işə salıb – Odekalondan istifadə ənənə halına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə əllərə kolonya – odekalon çiləmək artıq çoxdan bərbərə gedərkən, restoranda yemək yeyərkən, hətta avtobusda gedərkən ənənəvi ritual halına gəlib. Bu, qonaqpərvərliyin və ölkədə gigiyena qaydalarına əməl etməyin rəmzi hesab olunur.

İndi isə hər ev təsərrüfvtında tapılan türk kolonyası görünməmiş tələbatla «üzləşib» – bu dəfə koronavirusla mübarizədə «məxfi silah» qismində. Bu barədə martın 24-də «France-Presse» agentliyi xəbər verib.

Türkiyənin bir çox sakinləri hesab edirlər ki, yüksək alkoqol tərkibli kolonyalar əlləri və üzü təmiz saxlamaq məsələsində effektlidir. Həm də “COVİD-19” virusu ilə yoluxmağın qarşısını alır.

Bu günlərdə ölkənin kolonya satan dükan və bazarlarında uzun növbələrin şahidi olmaq mümkündür. Hər yerdə ticarət nöqtələrinin qapıları üzərində «kolonya satılıb qurtarıb» yazılmış lövhələr asılır.

İstambul taksistləri öz müştərilərinə əllərin parfümlə dezinfksiyasını təklif edirlər. Bəzi xeyriyyəçi təşkilatlar isə ahıl adamlara pulsuz kolonya – odekalon paylayırlar.

Hesab edirik ki, Türkiyənin bu təcrübəsi Azərbaycan insanı üçün də faydalı, şirkətlərimiz üçün isə bir örnək ola bilər.