Türkiyə İsveç və Finlandiyaya 10 şərt qoydubackend

Türkiyə İsveç və Finlandiyaya 10 şərt qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə rəsmiləri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə daxil olmasına 10 şərt qoyub.
 
Bakupost.az xəbər verir ki, rəsmi Ankara şərtlərini İsveç və Finlandiya nümayəndələri ilə görüşündə təqdim edib.
Türkiyənin irəli sürdüyü şərtlərə bunlar daxildir:
– Hər iki ölkə Türkiyəni terrorla mübarizədə dəstəkləməlidir
– Terrorizmlə mübarizədə bütün hüquqi normaları qəbul etməlidir
– FETÖ-nün fəaliyyəti dayandırılmalı, həmin ölkələrdə kütləvi informasiya vasitələrində onların təbliği və əməkdaşlığı ləğv olunmalıdır
– Terroristlərə məxsus hesablar və aktivlər dondurulmalıdır
– Terrorist qruplarına aid şəxslər Türkiyəyə deport olunmalıdır
– Kürd və FETÖ-çuların nümayişlərinə qadağa qoyulmalıdır
– Kəşfiyyat məlumatları Türkiyə ilə bölüşülməlidir
– Mülki-müdafiə sənayesi məhsullarının çatdırılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır
– İsveç və Finlandiya NATO-ya daxil olacağı təqdirdə bütün bu öhdəliklərə şərtsiz əməl etməlidir