Türkiyə ilk qızıl medalını qazandıbackend

Türkiyə ilk qızıl medalını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

TİA.AZ-ın məlumatına görə, Mete Qazoz kamandan oxatma üzrə kişilərin fərdi yarışında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı finalda İtaliya təmsilçisi Mauro Nespolini məğlub edib.
O, bu idman növündə ölkəsinə ilk olimpiya qızılını qazandıran idmançı kimi tarixə düşüb.
Qeyd edək ki, Türkiyə olimpiadada 3 medalla (1 qızıl, 2 bürünc) hələlik 32-ci pillədə qərarlaşıb.