Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinə başlanılıbbackend

Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.

Bu barədə  TİA.AZ Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir.

“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1129 mülki şəxs təxliyə edilib”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, bu günə qədər Əfqanıstandan 1 129 Türkiyə vətəndaşı təxliyə edilib.

Xatırladaq ki, Türkiyə hərbçiləri Silahlı Qüvvələri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.