Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciəti ilə bağlı danışıqlar üçün şərtini irəli sürübbackend

Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciəti ilə bağlı danışıqlar üçün şərtini irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq.

TİA.AZ-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyiş yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq”, – Kalın İsveç, Finlandiya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə görüşündə deyib.

Eyni zamanda o vurğulayıb ki, əgər ölkələr Türkiyənin şərtlərini yerinə yetirməkdən imtina etsələr, o zaman İsveç və Finlandiyanın müraciətləri üzrə danışıqlarda irəliləyiş mümkün olmayacaq.