TÜRKİYƏ F-16-dan ERMƏNİSTANA GÖZ DAĞI -VİDEObackend

TÜRKİYƏ F-16-dan ERMƏNİSTANA GÖZ DAĞI –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə məxsus F-16 hərbi təyyarələri bu gün Ermənistan sərhəddi boyunca uşuşlar həyata keçirib. Tia.az türk mətbuatına istinadən xəbər verir ki, həmin uçuşları “Doğunun Bekçileri” adlı qrup həyata keçirib.
Bəzi media nümayəndələri bu addımı Ankarının Bakıya dəstəyi və Ermənistana xəbərdarlığı kimi qiymətləndirir. Onların qənaətinə görə, indiki məqamda Ermənistan sərhəddi boyunca döyüş təyyarələrinin uçuşlar təşkil etməsi sıradan bir hadisə deyil və Azərbaycana dəstək məqsədi daşıya bilər.
TİA.AZ   onu da bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə “SU 30” təyyarəsi İrəvan şəhərinin üzərində növbətçi uçuşlar edib. Paşinyan isə bu uçuşun fotosunu özünün səhifəsində paylaşaraq, “Ermənistan səması təhlükəsizdir və əmin əllərdədir” sözlərini yazıb.
Görünür, Ermənistan tərəfi baş verənlərdən ciddi narahatdır və əndişə keçirir. Paşinyanın hərəkəti isə mövcud vəziyyətdə ölkədə yarana biləcək narazılıq və qorxunun aradan qaldırılmasına hesablanıb.