Tribuna İnformasiya Agentliyi

Türkiyənin Qəhrəmanmaraş şəhərində Xocalı Parkı açılacaq

10 Fevral

Qəhrəmanmaraş Sütçü İmam Universiteti Siyasi Elm və Beynəlxalq Əlaqələr Bölümü tələbəsi, Qəhrəmanmaraş Azərbaycan Təhsil Mədəniyyəti və Həmrəylik Dərnəyi sədri, Azərbaycan Ankara Səfirliyi Təhsil Müşavirliyi təmsilçisi, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhət statusunda olan Universal Sülh Federasiyası Sülh səfiri, TUMİB Kahramanmaraş təmsilçisi, “İlham Əliyev dövründə Azərbaycan-Türkiyə əlaqələri” kitabının müəllifi Tural Şahbazlı Azərbaycan və Türkiyə arasında körpü rolu oynamağa davam edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” Beynəlxalq Kampanyasının sədri Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampanyası çərçivəsində Türkiyənin Qəhrəmanmaraş şəhərində Xocalı Parkı açılacaq.
2015-ci il tarixində Qəhrəmanmaraş Böyükşəhər Bələdiyəsinə ərizə ilə müraciət edən diaspor təşkilat sədri Tural Şahbazlı 12 Fevral 2019-cu ildə Qəhərmanmaraş şəhərində Xocalı Parkının açılacağı ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: “2015-ci ildə Qəhrəmanmaraş Böyükşəhər Bələdiyəsinə müraciət etdik. Çox sağ olsun cənab Bələdiyə sədrimiz Fateh Məhmət Erkoç şəhərimizin mərkəzi küçələrinin birində gözəl bir park salınması ilə bağlı tapşırıq verib və parkda eyni zamanda Ana Fəryadı heykəli də ucaldılacaqdır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Və bildirmək istəyirəm ki, tezliklə ay-ulduzlu bayrağımız Qarabağda, Xocalıda dalgalanacaqdır. İlk başda təbii ki, sülh tərəfdarıyıq, amma gərəkli olduğu təqdirdə Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözləyirik”.

Qeyd edək ki, Xocalı Parkı və Ana Fəryadı heykəlinin açılış mərasimi Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin, Səfirliyin təhsil müşaviri Nəcibə xanım Nəsibovanın, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, xalq yazıcısı Çingiz Abdullayevin, Mərkəzin vitse-prezidenti Rasim Məmmədovun, Azərbaycan Milli Məclisinin deputatlarının və nümayəndə heyətinin digər üzvlərinin iştirakı ilə 12 fevral 2019-cu il saat 15:00-da keçiriləcək.