Tribuna İnformasiya Agentliyi

Türkiyənin nüfuzlu nəşri bağlandı

02 İyul

Türkiyənin “Ciner Media” qrupu “Habertürk” qəzetinin qapadılması haqqında qərar verib

Axar.az xəbər verir ki, media qrupunun idarə heyətinin rəhbəri Kənan Təkdağ qəzetin bağlanmasıyla bağlı artıq öz işçilərinə məlumat göndərib. O, ünvanlandığı müraciətdə qəzetin cümə gününə qədər çıxacağını, cümə günündən sonra isə sayt olaraq fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl “Habertürk” qəzetinin maliyyə problemləri yaranmışdı. Qəzet əvvəlcə Anadoludakı nəşriyyatlarını bağlasa da, problemin öhdəsindən gələ bilməmişdi.
“Habertürk” qəzeti 2008-ci ildən fəaliyyət göstərir. Bu qəzet Türkiyənin ən populyar qəzetləri sırasında yer alır.