Tribuna İnformasiya Agentliyi

Türkiyədə valideyn məktəb direktorunu güllələdi

11 Aprel

Türkiyənin Bursa şəhərində məktəbdə həyəcanlı anlar yaşanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Nilufər ərazisində yerləşən məktəbdə polis əməkdaşı olduğu bildirilən valideyn İlhan Ö. məktəb direktoru Tülay Daş və köməkçisi Sinan Dəlibaşa atəş açıb. Yaralananlar dərhal xəstəxanaya çatırılıblar.  Xəbəri eşidən valideynlər məktəbə axın ediblər.

Bildirilir ki, hadisə direktorla mübahisə zamanı baş verib. Polis işçisi olan İlhan Ö. saxlanılıb və işdən uzaqlaşdırılıb.