Tribuna İnformasiya Agentliyi

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb

13 Mart

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.

TİA.AZ “Haberturk”ə istinadən xəbər verir ki, hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib.

Bölgədə keçirilən antiterror əməliyyat zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.

Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına dövlət xəstəxanasına yerləşdiriliblər.

Bölgədə antiterror əməliyyatı davam edir.