Tribuna İnformasiya Agentliyi

Türkiyədə polis rəisi güllələnərək öldürülüb, 2 nəfər yaralanıb

11 Dekabr

Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdinin qətlə yetirilməsinin səbəbi məlum olub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisəyə səbəb təyinatdır.

Belə ki, Derepazar rayon Polis şöbəsinin məmuru İ.S. polis rəisi Altuğ Verdi ilə görüşmək üçün əyalət mərkəzinə gedib. O, görüşə girərkən xidməti silahı və mobil telefonunu təhlükəsizlik xidmətinə təhvil verib. Onlar görüşdükdən sonra polis məmuru oradan aralanıb. Telefonu və silahını geri aldıqdan sonra qaça-qaça Altuğ Verdinin kabinetinə girərək rəisini, şəxsi heyət komandiri Ercan Polatı və mühafizə xidmətinin əməkdaşı Yigit Can Köksalı güllələyərək yaralayıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, polis rəisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.