Tribuna İnformasiya Agentliyi

Türkiyədə pedofillər xədim ediləcək

02 İyul

Türkiyədə təcavüz edən cinayətkarlar, xüsusilə pedofillər xədim ediləcək.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ məlumat verib.

22 iyun tarixində Türkiyədə itkin düşən səkkiz yaşlı Eylül Yağlıkaranın cəsədi iki gün öncə tapılıb. Bu məsələ Türkiyədə xaosa səbəb olub.

O bildirib ki, bundan sonra cinsi təcavüz edən şəxslərin xədim edilməsi üçün qanun layihəsinin qəbul edilməsi artıq ciddi şəkildə düşünülməlidir:

“Bu günə qədər müxtəlif tədbirlər gördük. Qarşıdakı zamanda bunları yenidən nəzərdən keçirəcəyik və cəzaları ağırlaşdıracağıq. Kimyəvi xədim üsulu da icra ediləcək”.