Tribuna İnformasiya Agentliyi

Türkiyədə hərbi bazada partlayış: ölənlər və yaralılar var

10 Noyabr

Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb.

Bu məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Onun sözlərinə görə, hadisə zamanı 25 hərbçi yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

13:39

Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində dörd əsgər şəhid olub.

Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün anma mərasimində çıxışı zamanı bildirib:

“Bu gecə silah anbarında partlayış nəticəsində dörd övladımız şəhid oldu, 20-yə yaxın :yaralımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik”, – deyə o bildirib

9 noyabr, 23:45

Türkiyədə hərbi bazada partlayış nəticəsində azı 25 hərbçi yaralanıb.

Hadisə Hakkari vilayətində baş verib.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbçilər ağır texnika üçün nəzərdə tutulan silah-sursatın partlaması nəticəsində yaralanıb.

Daha 7 nəfərin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır.