Tribuna İnformasiya Agentliyi

Türkiyədə faciə: Nəhəng beton plitə fəhlələrin üstünə aşdı – VİDEO

28 Noyabr

Türkiyənin Şimali Mərmərə şosesinin Kocaeli-Gebze hissəsində körpü tikintisi zamanı nəhəng beton plitə fəhlələrin üstünə aşıb.

İlkin məlumata görə, 5 fəhlə dağıntı altında qalıb. Onlardan ikisi ölüb.

Hadisə yerinə xilasetmə qrupu və təcili yardım maşını cəlb edilib.

Dağıntı altından hələ də səslərin gəldiyi deyilir.

Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, beton plitənin altında qalan fəhlələrin dəqiq sayı bilinmir.