Tribuna İnformasiya Agentliyi

Türkiyədə dolların məzənnəsi 4,15 lirəni keçib

11 Aprel

Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 4,15 lirəni keçib.

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qonşu ölkədə Amerika valyutası 4,1559 lirəyə qədər bahalaşıb, tədricən isə onun qiyməti 4,14 lirəyə düşüb. Türkiyədə avronun məzənnəsi isə 5,1449 lirəyə çatıb.

Gün ərzində TRY/USD nisbətinin ən aşağı həddi 4,1078, TRY/EUR nisbətinin ən aşağı həddi isə 5,0788 olub.