Tribuna İnformasiya Agentliyi

Türkiyə səfirini geri çağırıb – Geyiminə görə (FOTO)

03 Noyabr

Türkiyə Uqandadakı səfirini geri çağırıb.

TİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

 Məlumatda qeyd edilir ki, səfir Sədəf Yavuzalın oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü ilə əlaqədar Uqandada təşkil olunmuş mərasimdən çəkilmiş fotoları sosial şəbəkələrdə yayılıb:

“Həmin fotolarda xanım diplomatın qəribə antik geyimi müzakirələrə səbəb olub. Bundan sonra XİN vəziyyəti aydınlaşdırmaq üçün S.Yavuzalı Uqandadan geri çağırıb”.