Tribuna İnformasiya Agentliyi

Türkiyə prezidentinin iyulun 10-da Azərbaycana səfəri gözlənilir

30 İyun

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın  iyulun 10-da Azərbaycana səfəri gözlənilir.

 

APA-nın “Timetürk”-ə  istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentinin 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl Şimali Kiprə səfər edəcəyi planlaşdırılır.

 

Ərdoğanın “Seçkilərdən sonra ilk səfərimi Azərbaycana edəcəm” sözlərinə istinad edən Türkiyə mətbuatı onun Şimali Kiprdən sonra eyni gündə Azərbaycana səfər edəcəyini ehtimal edir.