Tribuna İnformasiya Agentliyi

Türkiyə Parlamentinin spikeri istefa verir

30 Yanvar

Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefaya getmək barədə qərar verib.

TİA.AZ-ın məlumatına görə, türkiyəli spiker fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. B.Yıldırım istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.