Tribuna İnformasiya Agentliyi

Türkiyə parlamentində dava – FOTO

08 Mart

Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.

TİA.AZ-ın məlumatına görə, millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.

 Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.