Tribuna İnformasiya Agentliyi

Türkiyə dünyada ən çox humanitar yardım edən ölkədir – 2018-ci ilin hesabatı açıqlandı

16 Avqust

Dünyanın ən çox yardım edən ölkəsi məlum olub.

Avropa.info xəbər verir ki, Qlobal Humanitar Yardım təşkilatının 2018-ci il hesabatına görə, Türkiyə keçən il ən çox humanitar yardım edən ölkə adını alıb.

Türkiyə ötən il 8,07 milyard dollar humanitar yardım edərək, ABŞ, Almaniya və İngiltərə kimi ən zəngin ölkələri belə geridə qoyub. Əvvəlki illərdə siyahıda ikinci yerdə olan Türkiyə bu dəfə dünyanın ən çox yardım edən ölkəsi olub.

Həmçinin, Türkiyə humanitar yardımların milli gəlirə nisbəti əsasında hazırlanan sıralamada da birinci olub. Siyahıda Türkiyə, 0,85 faizi ilə birinci yerdə gedərkən, ən yaxın ardıcılları Norveç və Lüksemburq üçün bu nisbət 0,17 olub .

Dünyanın dörd bir yanındakı məzlumlara yardım çatdıran Türkiyədə ən böyük vəzifə İnsani Yardım Fakfının (İHH) üzərinə düşür.