Tribuna İnformasiya Agentliyi

Türkiyə bayrağı yandırıldı: Ankaradan sərt açıqlama – Foto

07 Mart

Afinada ölkəmizə qarşı keçirilən aksiyalar zamanı irqçi bir partiya tərəfindən bayrağımızın yandırılmasını şiddətlə qınayırıq.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

“Yunanıstan hökumətindən bayrağımıza qarşı bu mənfur hərəkəti edən şəxslərin tez bir zamanda həbs edilmələrini və qanun qarşısına çıxarılmalarını gözləyirik”, – XİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, Yunanıstanın radikal sağçı Hrisi Avqi Partiyasının rəsmiləri və tərəfdarları ötən gün Türkiyə səfirliyinə yürüş ediblər. Onlar Türkiyə bayrağını yandıraraq, “Türkləri unutmuruq, intiqam alacağıq” deyiblər.