Tribuna İnformasiya Agentliyi

Türkiyə Aİ-ni ittiham etdi: Riyakarlıqdır!

27 İyun

Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz mövqe tutmaqda ittiham edib.

TİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Aİ növbəti dəfə Türkiyəyə qarşı ədalətsiz və qeyri-səmimi münasibət sərgiləyib:

 “Türkiyənin Aİ-dən uzaqlaşması barədə bəyanat riyakarlıqdır və həqiqətə uyğun deyil”.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı bəyanat yayaraq rəsmi Ankaranın getdikcə Aİ-dən uzaqlaşdığını və tərəflər arasında danışıqların dalana dirəndiyini bildirmişdi.