Tribuna İnformasiya Agentliyi

Türkiyə ABŞ-dan F-35 qırıcısı alacaq

09 May

Türkiyə iyunun 21-də ABŞ-dan ilk 5-ci nəsil F-35 qırıcısı alacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.

O bildirib ki, F-35-in alışından sonra Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarına qırıcını idarə etmək üçün təlim keçiriləcək.

İ.Dəmir qeyd edib ki, 2019-cu ildə Türkiyə daha bir neçə F-35 qırıcısı alacaq.

Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara Türkiyəyə təqribən 100 ədəd F-35 qırıcı təyyarəsinin tədarük olunması ilə bağlı razılığa gəlmişdilər.