Tribuna İnformasiya Agentliyi

Türkiyə ABŞ-a “S-400” sistemini araşdırmağa icazə verməyəcək

27 Dekabr

Türkiyə Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sisteminin sirrlərini ABŞ-ın araşdırmasına icazə verməyəcək.

“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi “S-400” sistemini ABŞ-ın araşdırmasına təqdim edəcək” iddiasına cavab olaraq bildirib.

Bildirilib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-a “S-400” sistemlərini araşdırmaq üçün şərait yaratmayacağı ilə bağlı Rusiya diplomatını əmin edib.

Qeyd edək ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.