Tribuna İnformasiya Agentliyi

Türk vətəndaşına qarşı hansı məmur dələduzluq edib?- Fotofakt

18 Mart
Türk Cumhuriyyətinin vətəndaşı Elemana Necatiyə qarşı məmur dələduzluğuyla bağlı BMM-də mətbuat konfransı keçirilmişdir. Konfransda cıxış edən Türk vətəndaşı Elemana Necati Sultanali oğlunun nümayəndəsi Azad Hacıyev bidirdi ki, hüquqlarını müdafiə elədiyi şəxs on ildən artıqdır Azərbaycan Respublikasında yaşayır. Necati Elemana Azərbaycan Respublikasının vətəndaşı olan Emin Cəfərov adlı şəxslə tanış olmuşdur. Bu tanışlıqdan yaranan isti münasibətlərdən istifadə edən Emin Cəfərov, Elemana Necatiyə Fərid Cəlilov adlı şəxslə birlikdə avtomobil satışı həyata keçirə biləcəklərini və bu satışdan yaxşı gəlir götürəcəklərinin bildirmişdir. Sonra onlar birlikdə Fərid Cəlilovla görüşmüş və söhbət əsnasında Fərid Cəlilov müvafiq pul müqabilində, hərraclar vasitəsi ilə avtomobilləri ucuz qiymətə alıb baha sata biləcəklərini bildirmişdir. Necati bəy Fərid Cəlilovun təklifini qəbul etmiş və onlar arasında şifahi anlaşma əldə olunmuşdur. Necati Elemana ilk öncə, hissə-hissə olmaqla 32 (otuz iki) min manat pulu Fərid Cəlilova vermiş və həmin pulların müqabilində 4 ədəd müxtəlif markalı avtomobillər almışdır. Həmin avtamabillərdən ikisi satılır. Qalan iki avtomabilin isə sənədlərinin hələ tam hazır olmadığı üçün satılması mümkün olmamışdır.
Bundan sonra Fərid Cəlilov Necati bəyə zəng vuraraq bildirir ki, hərraca daha yeddi avtomabil cıxarılır və çox sərfəli qiymətə təklif olunur. Bu zaman Necati bəy Türkiyədəki mənzilini təcili sataraq Fərid Cəlilova ümumilikdə 123 (yüz iyrimi üç) min manat çatdırmışdır. Fərid Cəlilovun həmin ərəfədə şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən, pulları bank vasitəsilə öz köməkşisi Qənbərov Ceyhunun adına göndərməsini Necati bəyə təkid etmişdir. Necati bəy də pullari birbaşa bank vasitəsilə Qənbərov Ceyhunun adına göndərmişdir.
Həmin pulları alan Fərid Cəlilov avtomobilləri Necati Elemana təqdim edə bilmir. Bununla da Necati Elemana , Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Fərid Cəlilovun onu aldatdığını, ona qarşı dələduzluq etdiyini anlayır.
Sonda Necati Elemana , Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Fərid Cəlilovun dələduzluq əməllərindən Ədliyyə Nazirliyinə şikayət ünvanlayır. Nazirlik şikayət əsasında araşdırmaya başlayır. Aparılan araşdırmalar nəticəsini verir. İşində yol verdiyi qanun pozuntusuna görə Fərid Cəlilov Ədliyyə sistemindən qovulur. Və cinayət işi, araşdırılması üçün Respublika Baş Prokurorluğuna göndərilir. Baş Prokurorluq isə toplanmış materilallari Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərir. Materiallar həmin idarədə araşdırıldıqdan sonra idarənin rəisi 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev 26 noyabr 2018-ci il tarixlixdə Azerb. Respub. CM-nin 178.2.1, 178.2.3, 178.2.4, və 308.2-ci maddələrilə cinayət işinin başlanmasına dair qərar qəbul edilir.
Bundan sonra Türkiyə Cümuhiriyyətinin vətəndaşı Necat Elemana konfransda çıxış edərək bildirdi ki, ona qarşı biri məmur olmaqla dələduzluq edən Azərbaycan vətəndaşları barəsində etdiyi şikayətin araşdırılması Baş Prokuror Yanında Korrupsiya Qarşı Mübarizə Baş idarəsinə həvalə edilmişdir. “Cinayət işinin başlanılmasına baxmayaraq, eyni idarə tərəfindən cinayət işinin icraatı lazımı qaydada aparılmır. Cinayət işinin icraatını həyata keşirən müstəntiq Rafael Suleymanov hərəkətsizlik edərək, cavabdehlərin əməllərində daha ağır cinayət tərkibi olmasına baxmayaraq bu faktın üzərindən səthi keçməklə barələrində hələ də həbs qəti-imkan tədbiri seçməmişdir”. Hətda cinayət işinin istintaqında Necati Elamana zərərçəkmiş şəxs kimi tanınsa da cavabdehıərin azadlıqda gəzmısi şikayətçinin istintaqın gedişatına olan şübəhələrinə əsas verir. Necati Elemana bütün bunları konfrans iştirakçılarının nəzərinə çatdırmaqla, ona qarşı edilən dələduzluq faktını işıqlandıraraq ölkə başçısına və addiyyatı qurumların və eyni zamanda ictimayyətin diqqətinə çatdırılmasını ona vurulmuş zərərin ödənilməsində köməklik göstərilməsinin cinayətkarların həbs edilməsini xahiş etmişdir.
Bütün bunlarla yanaşı Türkiyə Cümuhiriyyətinin vətəndaşı Necati Elemanaya jurnalistlər tərəfindən belə bir sual ünvalandı.
Bu barədə Türkiyə Cümuhiriyyəti Səfirliyinə və yaxud beynəlxalq təşkilatlara hər hansı müraciətiniz olubmu?
Cavabında isə o, bildirdi ki, mən, Azərbaycan hüquq-mühafizə orqanlarına və onun qanunlarına güvənirəm. Onlar işin obyektiv aparılması üçün, müstəntiq Rafael Süleymanova lazımı göstərişlər verəcəklər. Ona görə də heç bir başqa yerə müraciət olunmayacaq. Hesab edirəm ki, bu fakt ədalətli həll olunacaq və Avropa İnsan Haqqları Təşkilatlarına və eyni zamanda digər qurumlara müraciət etməyə ehtiyac olmayacaq.
Qarşı tərəfin fikirində işıqlandırmağa hazırıq.