backend

Türk səfir icra başçısı ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Erkan Özoralın   Azərbaycanda diplomatik fəaliyyətə başlaması ilə əlaqədar tanışlıq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində nəzakət görüşü keçirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə dövlətləri arasında  olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini  vurğulayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  mövcud əməkdaşlığı xüsusilə yüksək qiymətləndirib.

Səfir Erkan Özoral  Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması ilə  əlaqədar  ikitərəfli əlaqələrin daha da genişlənməsi və güçləndirilməsi  üçün  həyata keçiriləcək tədbirlərdən danışmış və bildirmişdir ki, uzun illərdir ki, qəlbində Azərbaycana böyük hörmət və məhəbbət hissi formalaşıb.

Görüş zamanı Asif Əsgərov  yeni təyin olunmuş səfir Erkan Özorala  təyinatı ilə bağlı təbriklərini ifadə edərək   və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.

Daha sonra Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif Əsgərov  Səfir Erkan Özorala  Qədim Bakının mənzərəsini əks etdirən rəsm əsərini  xatirə olaraq hədiyyə etdi.