backend

“Türk səddi”nin 781 kilometri tamamlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Suriya arasında inşa edilən 911 kilometrlik səddin artıq 781 kilometrinin inşası tamamlanıb
 

Türkiyə və Suriya arasında inşa edilən 911 kilometrlik səddin artıq 781 kilometrinin inşası tamamlanıb

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, divarın inşasında hər birinin ağırlığı 7 ton, eni 2 metr və hündürlüyü 3 metr olan beton piltələrdən istifadə olunub. Səddin üstünə tikanlı məftillər çəkilib. İctimaiyyət arasında “Türk səddi” adlandırılan divarın inşasının gələn ilin yazına qədər tamamlanması planlaşdırılır.

Xatırladaq ki, 2015-ci ildə Suriyadan Türkiyəyə qanunsuz şəkildə keçənlərin qarşısını almaq məqsədilə iki ölkə sərhəddində əvvəlcə xəndəklər qazılmış, ardınca tel çəkilmiş, nəzarət postlarının sayı artırılmışdı. Buna baxmayaraq yenə də sərhəddi keçənlərin sayı çox olduğundan Türkiyə tərəfi sözügedən səddin inşasına başlamışdı.

Qeyd edək ki, Türkiyə-Suriya arasındakı divarın inşası başa çatdıqdan sonra, bu, 8850 kilometrlik Çin səddi və 3500 kilometrlik ABŞ-Meksika divarından sonra dünyanın ən uzun 3-cü divarı olaraq tarixə keçəcək.