TÜRK PUA-ları ERMƏNİSTANIN “ALTINI ÜSTÜNƏ ÇEVİRDİ” – ERMƏNİLƏR MƏSƏLƏDƏN İKİ GÜN SONRA XƏBƏR TUTUBbackend

TÜRK PUA-ları ERMƏNİSTANIN “ALTINI ÜSTÜNƏ ÇEVİRDİ” – ERMƏNİLƏR MƏSƏLƏDƏN İKİ GÜN SONRA XƏBƏR TUTUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin istehsal etdiyi yeni Pilotsuz Uçan Aparatlar Ermənistan üzərində bir neçə gündür uşuşlar edir. Tia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Maraqlıdır ki, yerli mətbuat bu barədə məqalələri “Türkiyənin yeni PUA-ları Ermənistana zərbə endirdi” başlığı ilə yayıblar.
Məlumatda deyilir ki, Türkiyə tərəfinin yeni istehsalı olan “Anka-S” adlı PUA-ları Ermənistan ərazisi üzərində xeyli sayda uşuş keçirirərək, əsas hərbi bazaların və strateji obyektlərin fotolarını çəkib. Eyni zamanda, onların yerini dəqiqləşdirərək, məlumatlar toplayıb. “Türkiyənin yeni PUA-ları Ermənistan üzərində bir çox üçuşlar edərək, zəruri olan məlumatları toplayıb və onu Azərbaycan tərəfə də ötürüb. Məqsəd müharibə başlaycağı təqdirdə, asanlıqla həmin hərbi və strateji obyektləri məhv etməkdir”.
Erməni mətbuatının iddiasına görə, türk PUA-ları hətta Gümrüdəki rus hərbi bazasının üzərindən də üçuşlar ediblər və rəsmi İrəvanın məsələdən yalnız iki gün sonra xəbəri olub. “Düzdür, indiyə qədər türk PUA-ları Ermənistanda hər hansı bir obyektə zərbə endiməyib. Lakin həmin PUA-lar təkcə kəşfiyyat üçün deyil, həm də hərbi obyektlərə roket zərbələri endirmək imkanına malikdirlər. Elə ona görə də, həmin uşuşları hərbi və strateji obyektlərə zərbə endirdiyi kimi qiymətləndirmək lazımdır”.
Ermənistan mətbuatı başqa bir iddia ilə də çıxış edib. Həmin iddiaya görə, Türkiyə Gürcüstanın hava məkanından geniş istifadə edir və bununla da Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq fikrində olduğunu nümayiş etdirir.