Türk ordusundan ağır zərbə: – Əsədin 5-ci generalı məhv edildibackend

Türk ordusundan ağır zərbə: – Əsədin 5-ci generalı məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İdlibə endirdiyi aviazərbələr nəticəsində Suriya ordusunun general-mayoru Ramazan Yusif məhv edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Suriya KİV-ləri yayıb. Öldürülən generalın Suriya ordusunun 9-cu diviziyasının komandiri və Hərbi Təhlükəsizlik Komitəsinin rəhbəri olduğu vurğulanıb.

Qeyd edək ki, İdlibdə vəziyyət gərginləşəndən bu yana Əsəd rejiminin 4 generalı Türkiyə tərəfindən məhv edilmişdi. Bu generallar Burxan Rəhman, İsmayıl Əli, Adnan əl-Masxara və Mahmud Batix Mbesmir olublar.