TÜRK ORDUSU QARABAĞA TƏK GƏLMƏYƏCƏK – QANUN LAYİHƏSİNİN DETALLARI ÜZƏ ÇIXIRbackend

TÜRK ORDUSU QARABAĞA TƏK GƏLMƏYƏCƏK – QANUN LAYİHƏSİNİN DETALLARI ÜZƏ ÇIXIR

Xəbər verildiyi kimi, Türkiyə Prezident Admnistrasiyası Qqarabağa hərbi birliklərin göndərilməsi məqsədi ilə qanun layihəsi hazırlayaraq, Bböyük Millət Məclisinə təqdim edib. TİA.AZ xəbər verir ki, həmin qanun layihəsinə parlamentdə bu gün baxılacaq və qəbul ediləcək.
Qeyd edək ki, TBMM-də təmsil olunan AKP, MHP və CHP qanun layihəsini dəstəklədiklərini bəyan ediblər. HDP isə bu barədə qərar vermədiklərini, qrup toplantısında mövqelərini açıqlayacaqlarını vurğulayıblar.
Bildirək ki, sözügedən qanun layihəsinin konkret olaraq nələri əhatə edəcəyi, nə qədər hərbi qüvvə və texnika göndərlicəyi barədə detallı məlumat verilmir. Bəlli olan odur ki, qanun 1 il müddətini əhatə edəcək və türk ordusu Qarabağda Rusiya və Türkiyənin birgə iştirakı ilə Atəşkəs Rejiminə Nəzarət Mərkəzində təmsil olunacaqlar.
TİA.AZ xəbər verir ki, bu əsnada TBMM-ə təqdim olunmuş qanun layihəsinin bəzi detalları üzə çıxıb. Həmin məlumata görə, Türkiyə Azərbaycana təkcə ordusunu deyil, həmçinin bir neçə dövlət qurumunu da gətirməyi qərarlaşdırıb. Türk mediasının yaydığı məlumata görə, Qarabağa hərbçilərlə yanaşı, dövlət qurumlarının nümayəndələri də gələcəklər. “Mülki qurumların hələlik əsas vəzifəsi bölgənin yeni xəritəsinin hazırlanması, sərhədlərinin müəyyən edilməsi, hərbi birliklərin təhlükəsizliyi üçün binaların inşası, dağıdılmış binaların bərpasından ibarət olacaq. Onların sırasına Türkiyə Fövqəladə Hallar İdarəsi (AFAD), Mənzil İnkişaf İdarəsi (TOKİ) VƏ Qızıl Ay Cəmiyyəti daxildir. Bu qurumlar zərurət olduğunda bölgəyə göndəriləcək”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki