TÜRK ORDUSU FÜZULİYƏ YERLƏŞDİRİLİR… – EKSPERTLƏRİN ƏRDOĞANIN SƏFƏRİNƏ BAXIŞIbackend

TÜRK ORDUSU FÜZULİYƏ YERLƏŞDİRİLİR… – EKSPERTLƏRİN ƏRDOĞANIN SƏFƏRİNƏ BAXIŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Genişmiqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər”.
TİA.Az-ın xəbərinə görə, bu sözləri siyas şərhçi Asif Nərimanlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana və Şuşaya səfəri ilə bağlı gözləntiləri qeyd edib.
Ekspert hesab edir ki, Ərdoğanın imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gəlməsi bu kontekstdə diqqət çəkir: “Füzulidə hava limanının inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək. Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyini və bunun Zəngəzur dəhlizinə yaxın bölgədə – Zəngilanda ola biləcəyini yazmışdıq. Mümkündür ki, bölgə olaraq Füzuli seçilsin.
Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq; ikincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər. Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil. Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir. Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır”.


Siyasi ekspert Züriyə Qarayeva isə yazıb ki, Ərdoğanın belə bir vaxtda Şuşaya səfər etməsi düşmən tərəfə birlik göstərişi olmaqla yanaşı, problemlərin həllinə töhvə verəcək razılaşmalardan da xəbər verir: “Danışıqlar sırasında Şuşada hərbi qarnizonun yaradılması və rus sülhməramlılarının postları yaxınlığında türk sülhməramlılarının da post qurması məsələsi gündəmə gətirilə bilər. Digər tərəfdən, zirvə toplantısında Putin və Bayden görüşünün ardınca belə bir görüşün planlaşdırılması belə bir mesaj verir ki, iki supergüc ölkə rəhbərlərinin öz aralarında hansı razılığa gəlməsindən aslı olmayaraq Türkiyə Azərbaycanın yanındadır”.

TİA.Az