Tribuna İnformasiya Agentliyi

Türk nazir müavini: Babam Azərbaycan Parlamentinin banilərindəndir

09 Mart

Mənim babam Qaçaq Məhəmməd Gəncəli 1918-ci ildə Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib. Bundan qürur duyuram.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə (MM) “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nin açılış mərasimində Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.

“Bütün şəhidlərimizə rəhmət diləyirəm. Yaşasın, Azərbaycan-Türkiyə dostluğu”, – deyə nazir müavini əlavə edib.