Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? – VİDEObackend

Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən 10 ayda türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb. Bu, ölkəmizdə satılan Türkiyə məhsullarının qiymətinə necə təsir edib? Alcılar və satıcılarla bu suallara cavab tapmağa çalışmışıq.
TİA.AZ xəbər verir ki, ötən 10 ayda türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb .
Lakin türk lirəsinin ucuzlaşması ölkəmizdə satılan türk məhsullarının qiymətinə təsir etməyib.
Satıcılar bunun səbəbini müxtəlif cür izah edirlər.
İqtisadçı-ekspert Rəşad Həsənov “Xəzər Xəbər”ə deyib ki, Türkiyədə milli valyutanın ucuzlaşması oradan idxal olunan məhsulların qiymətinə təsir edir. Ancaq alqı-satqı üçüncü bir ölkənin valyutası ilə aparılarsa, bunun əksi müşahidə ediləcək.
Bəzi ölkələr bilərəkdən öz milli valyutalarını ucuzlaşdıraraq , onların istehsal etdiyi məhsulların xarici bazarlarda daha rəqabətli, daha optimal qiymətə təklif olunması üçün şərait yaradırlar deyə Rəşad Həsənov əlavə edib.