Türk Lirəsi daha da dəyərdən düşdü – YENİ REKORDbackend

Türk Lirəsi daha da dəyərdən düşdü – YENİ REKORD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dollar yeni günə yenə rekordla başlayıb. Marja xəbər verir ki, dollar/TL məzənnəsi 7,71 Türk Lirəsi səviyyəsini də aşıb. Bakı vaxtı ilə saat 19:00-da Dollar 7.7102 Türk Lirəsi səviyyəsini test edib. 

Marja xəbər verir ki,  sabah Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı gözlənilir.

TCMB-nin yüksələn inflyasiyaya baxmayaraq faizində bir artım edib etməyəcəyinə dair narahatlıqlar TL-yə mənfi təsir edir. Bazarlarda Türkiyə – Avropa Birliyi əlaqələri də yaxından izlənilir.

Eyni zamanda, qlobal bazarlarda ABŞ dolları mühüm valyutalar, o cümlədən Türk Lirəsi qarşısında bahalaşır.

TCMB-ni faiz qərarının Türk Lirəsinin istiqaməti baxımından həlledici olacağı nəzərdə tutulur. Reuters-in apardığı sorğuya görə, TCMB-nin faizini 8.25%-də sabit saxlayacağı gözlənilir. Goldman Sachs və Deutsche Bank isə Türkiyə Mərkəzi Bankının faiz artıracağını gözləyirlər.