Tribuna İnformasiya Agentliyi

Türk lirəsinin taleyi necə olacaq?

02 İyul

ABŞ-ın investisiya bankı “Morgan Stanley” Türkiyədə seçki sonrası dollar/lirə məzənnəsi üzrə ik proqnozunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bankın gözləntilərinə əsasən, bu ilin son rübündə dollar lirəyə nisbətdə 5 lirədən yüksək olacaq.

Bildirilir ki, 2018-ci ilin üçüncü rübündə 1 dollar 4,90 lirə təşkil edəcək. Dördüncü rübdə isə artıq dollar 5,05 lirə səviyyəsinə yüksələcək.

Bankın proqnozlarına görə, 2019-cu ildə dollar lirəyə nisbətdə mərhələli şəkildə geriləyəcək. İlin birinci rübündə 1 dollar 5 lirə, ikinci rübündə isə 4,85 lirə olacaq.

2019-cu ilin sonunda lirə yenidən ucuzlaşaraq 1 ABŞ dolları-5 lirə səviyyəsinə yüksələcək.