Turistlər ən çox hansı milli parkı seçir? – FOTO,VİDEObackend

Turistlər ən çox hansı milli parkı seçir? – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əvəzolunmaz təbiət inciləri olan milli parklara səfər edən turistlərin sayı artır. Ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır”. 

TİA.AZ xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, milli parklarımıza 2021-ci ilin əvvəlindən bugünədək ümumilikdə 195 015  nəfər turist səfər edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.

Xidmət rəsmisinin sözlərinə görə, son illər milli parklara gələn turistlərin sayında artım müşahidə olunur ki, bu da ilk növbədə insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə, təbliğat işləri ilə yanaşı, ekoturizmin təbliği məqsədilə milli parklarda təşkil olunan maarifləndirici tədbirlərlə əlaqədardır.

“Biz bu gün xüsusi iftixarla deyə bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur”.