Tribuna İnformasiya Agentliyi

“TURAZ Şahini – 2018” təlimləri davam edir

13 Sentyabr

“TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimlərinin planına əsasən döyüş təyyarələri verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşlar yerinə yetiriblər.

TİA.AZ Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, təlimlərin növbəti günündə şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmək üzrə tapşırıqlar yerinə yetirilib, onun qırıcı aviasiyasından yayınma manevrləri icra edilib.