Tribuna İnformasiya Agentliyi

“TuranBank”ın rəhbərliyində dəyişiklik edildi

11 Avqust
“TuranBank”ın rəhbərliyində növbəti dəyişiklik edilib.
TİA.AZ banka istinadən xəbər verir ki, maliyyə qurumunun Müşahidə Şurasının tərkibinə, eləcə də, bəzi komitə və departamentlərin rəhbərliyinə təyinat olub.
Belə ki, Abid Məmmədov Müşahidə Şurasına üzv seçilib. Bəxtiyar Məmmədov isə bankın İnformasiya Texnologiyaları Komitəsinin direktoru təyin edilib.
Bundan əlavə, bir müddətdir vakansiya elan edilən xəzinədarlıq departamentinin rəhbəri vəzifəsinə təyinat aparılıb. Bundan sonra xəzinədarlıq departamentinə Şamxal İmanov rəhbərlik edəcək.
Xatırladaq ki, ötən ay bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər aparılmışdı. Belə ki, İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilmişdi. Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.