“Turan Bank”ın 32.5 milyon manata ehtiyacı varbackend

“Turan Bank”ın 32.5 milyon manata ehtiyacı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Turan Bank” 2020-ci ilin son rübündə 684 min manat xalis mənfəət əldə etmişdi. Buna baxmayaraq bankın bölüşdürülməmiş mənfəəti 2020-ci ilin son rübündə – 1 milyon 360 min manat olmuşdu. Yəni bankın bölüşdürülməmiş mənfəəti 2020-ci ilin sonunda da müsbətə çıxa bilməyərək – 676 min manatda qərarlaşıb.

Valyuta.Az xəbər verir ki, 2019-cu ilin sonunda “Turan Bank”ın yığılmış zərəri 31 milyon 919 min manat olub. Bölüşdürülməmiş mənfəətinin -676 min olduğunu nəzərə alsaq, bankın yığılmış zərəri 32 milyon 595 min manata yüksəlib.

2018-ci ilin sonunda yığılmış zərərini çox kiçik məbləğdə azaldan bank cəmi kapitalını ciddi artırmışdı. Belə ki, “Turan Bank”ın yığılmış zərəri 1 il ərzində 384 min manat azalsa da cəmi kapitalı 15 milyon 385 min manat artmışdı.