TURAL ABBASLIDAN QANUN LAYİHƏSİNƏ REAKSİYAbackend

TURAL ABBASLIDAN QANUN LAYİHƏSİNƏ REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, qanun layihəsinin fəlsəfəsi düşünürəm ki, uyğunsuzdur”.

Bunu TİA. Az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, layihə daha çox partiyaları nəzarətə götürmək üçün yazılmış bir qanun layihəsinə oxşayır:

“Əslində, yeni qanuna ehtiyac olduğunu hər kəs deyirdi və biz də bunu tələb edirdik hətta təkliflərimizi də parlamentə göndərdik. Qanun layihəsində hər cümlədən hər fikirdən hər maddədən partiyaların güclənməsi hiss olunmalıdır. Bu bəndlər ona görə yazılır ki, partiyalar güclənsin, təsadüfi insanlar siyasətə gəlməsin. Sözügedən qanunda isə bu hiss olunmur. Mən detallara enmədən onu deyə bilərəm ki, layihənin ruhu ondan xəbər verir ki, layihəni hazırlayanlar dövlətin siyasi partiyalar üzərində nəzarətini artırmaq üçün müxtəlif açıq və gizli “riçak” lar qoyur. Burda daha çox partiyalara nəzarət mexanizmləri gücləndirilib. Partiyaların öhdəlikləri, vəzifələri qoyulur, ancaq partiyaların imtiyazları, üstünlükləri, siyasi aktyor kimi imtiyazları- bir sözlə, heç nə yoxdur. Güman edirəm ki, dinləmələr zamanı bu boşluqlar doldurular, partiyaların təklifləri nəzərə alınar və daha demokratik ruhlu qanun layihəsi hazırlanar.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin geniş müzakirəsi məqsədi ilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.
İlk ictimai dinləmənin sentyabrın 28-də keçirilməsi gözlənilir. İctimai dinləmə zamanı səsləndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək.

Aytac

TİA. Az