TURAL ABBASLI: QAZİNİ İNTİHARA ÇATDIRANLARA CİNAYƏT İŞİ AÇILMALIDIRbackend

TURAL ABBASLI: QAZİNİ İNTİHARA ÇATDIRANLARA CİNAYƏT İŞİ AÇILMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazilərimizi ölüm həddinə çatdıran, vəzifə səlahiyyətlərini icra etməyən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirəm”.
Bu sözləri TİA.Az-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı intihar edən qazi Elvin Cəfərovla bağlı danışarkən deyib.
“Qazimizin intiharı və intihardan bir gün sonra da dünyasını dəyişməsi hamımızı üzdü. Bu, əslində, bizim müharibə bitən gündən bu yana həm partiya, həm də şəxsim olaraq dəfələrlə çıxışlarımızda dediyimiz məsələlərin nə qədər aktual olduğunu bir daha ortaya qoyur. Biz dəfələrlə qeyd etmişik ki, şəhid ailələri, qazilər, veteranlar – dövlət onlara xüsusi diqqət ayırmalıdır. Təəssüf ki, yerli icra hakimiyyətləri orqanları, həm də mərkəzi idarəetmə orqanları, nazirliklər, komitələr qulaqardı etdi. Təəssüflə qeyd etməliyik ki, 35 qazimiz intihar edib.

Bu, təkcə hansısa icra hakimiyyəti və nazirlik üçün deyil, bu dövlət və xalqımız üçün ayıbdır ki, canını vətən, millət uğrunda verməyə hazır olan və sağlamlığını qurban vermiş insanları düşmən öldürə bilməyib, amma bizim diqqətsizliyimiz öldürür. Son hadisə isə xüsusilə diqqətə alınmalıdır”. T. Abbaslı hesab, edir ki, yerli icra hakimiyyəti orqanından, icra başçısından hesab soruşulmalıdır – niyə qazini narazı salıb, niyə görüşməyib, niyə problemlərini həll etməyə çalışmayıb: “Sosial Müdafiə Nazirliyindən soruşmaq lazımdır ki, adama müharibə qurtarandan bir il sonra əlillik verilib. Bu nə deməkdir? Bu, fırtına qabağı elə bir hadisələrdir ki, fırtınanın ardınca fırtınanın gəlməsinin işarətləridir. Mən sözügedən məsələ ilə bağlı hüquq – mühafizə orqanlarını vəzifə başına dəvət edirəm. Qazilərimizi ölüm həddinə çatdıran, vəzifə səlahiyyətlərini icra etməyən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirəm.

Eyni zamanda iqtidarı iş başına dəvət edirəm. Görünən problemlərin həlli istiqamətində əməli addımlar atmağa dəvət edirəm. Yoxsa ki, şəhid anası kiməsə himayədarlıq edir, bu qazi həyasızlıq edib əlavə gəlir əldə etmək istəyir, veteran öz statusundan istifadə edir kimi bəhanələrlə bu problemləri qulaqardına vurmaq olmaz. Necə ki, dar gündə bu insanlar vətənin, dövlətin yanında oldular. Eləcə də dövlətin borcudur ki, bu insanların qeydinə qalsın.
Həmçinin qazilərimizə, veteranlarımıza qətiyyən özlərinə qəsd etməməyi tövsiyə edirəm. Özünə qəsd etmək əslində koorupsioner, özbaşına məmurlara məğlub olmaq demək olar. O məmurların cəzasını alması üçün qazilərimiz yaşamalıdır, biz də onların yanında olmalıyıq. Ona görə də digər qazi və veteranlarımıza da burdan səslənirəm ki, qətiyyən canınıza qıymayın, Allahın verdiyi əziz cana özünüz qıymayın. Düşmənin əlinizdən ala bilmədiyi cana hansısa yerini bilməyən məmura görə qıymayın. Qazimizə Allahdan günahlarının bağışlanmasını diləyirəm, ailəsinə və millətimizə başsağlığı verirəm”.

Aytac

TİA.Az