Tribuna İnformasiya Agentliyi

Tunisə tarixində ilk dəfə qadın mer seçilib

03 İyul

Tunis Respublikasının paytaxtı Tunis şəhərinə tarixində ilk dəfə qadın meri seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə islam partiyası “Ən Nahda”dan olan namizəd Suad Əbdürrahim təyin olunub.

Onun leyhinə 60 bələdiyyə şurası üzvündən 26-sı səs verib. 53 yaşlı Əbdürrahim qələbəsini Tunisin bütün qadınlarına həsr etdiyini deyib. Onun sözlərinə görə, qarşısında duran əsas problem paytaxtın zibil məsələsini həll etməkdir.