Tribuna İnformasiya Agentliyi

Tualet növbəsində tanış olan məşhur cütlük 16 illiyini qeyd etdi

16 Noyabr
35 yaşlı Mark Zukerberq və 34 yaşlı Prisila Çan tanışlıqlarının 16-cı ilini qeyd edib.
Mark sosial şəbəkədə əlində şampan qədəhi ilə şəklini paylaşaraq xanımına olan məhəbbətini ifadə edib:
“16 il əvvəl bu gün həyatımda ən vacib hadisələrdən biri baş verdi. Yubileyimiz mübarək!”
Qeyd edək ki, Zukerberq və Çan 2003-cü ildə Harvard Universitetində oxuyarkən tanış olub. Onların tanışlığı tələbə təşkilatının məclisində – tualet növbəsində baş verib.
“O, daim özünəqapalı darıxdırıcı oğlan idi”, – deyə milyarderin xanımı bir müsahibəsində etiraf edib.
İkinci kursda oxuyarkən Mark tələbələrin diqqətini cəlb edən “Facemash” layihəsi hazırlayır. Bu layihə onların yaxınlaşması üçün ikinci fürsət yaradır:
“”Facemash” olmasaydı, Prisila ilə görüşməzdim. O, mənim həyatımdakı ən vacib insandır”, – deyə Zukerberq xanımı haqqında danışarkən deyib.
Mark və Prisila 19 may 2012-ci ildə ailə qurub