access_time Dərc olunub: 13:33
“Sana yazıklar olsun, Merkel” - Ərdoğan (VİDEO)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hollandiyanı dəstəkləyən Almaniya kansleri Angela Merkelə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğanın bu və digər mövzularla bağlı açıqlamaları dünən yerli telekanallar vasitəsilə canlı yayımlanıb:
“Qərbin əsl üzünü göstərirlər. Belə görmək istəməzdik. Almaniyanın kansleri də Hollandiyanın yanında yer aldı. Təəssüflər olsun. Demək ki, sən də eyni düşüncədəsən. Biz insanın sevdikləri ilə bərabər olduğuna inananlardanıq”.

Şərhlər