access_time Dərc olunub: 16:29
Selfi üçün kobranı öpmək istəyən hindistanlı ölüb

Heyvanların müdafiəçisi olan Somnat Mhatre 18 yaşına qədər 100-dən çox ilanın həyatını xilas edib. Lakin başqalarına öz “cəsur”luğunu göstərmək üçün çəkdirdiyi şəkil onun üçün sonuncu olub. 

 


 

Oğlan kobranı avtomobilin təkəri altından çıxardıqdan sonra onu təhlükəsiz yerə aparmalı idi, lakin ilanla selfi çəkdirmək qərarına gəlir. Foto üçün, sanki ilanı öpürmüş kimi poza verdiyi zaman sürünən xilaskarının üzərinə atılaraq dişlərini yeniyetmənin sinəsinə sancıb. 

 


 

Yeniyetməni Mumbayda xəstəxanaya çatdırıblar. Həkimlərin beş gün ərzində oğlanın həyatı uğrunda mübarizə aparmalarına baxmayaraq o ölüb.

 


 

Artıq fəallar Meşə Təsərrüfatı Departamentini ilanlarla fəndlərin yer aldığı çəkilişlərə qarşı tədbirlər görməyə çağırırlar.

Şərhlər