access_time Dərc olunub: 11:01
Qarabağda genişmiqyaslı müharibə-VİDEO

Bloger Aleksandr Lapşinin Bakıya ekstradisiyasının ardınca cəbhdə erməni diversiya qrupunun məhv edilməsi Ermənistanın məğlubiyyət qorxusunu gücləndirib.


TİA.AZ xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun məhv edilməsinin görüntülərini yayıb. Bu görüntülər Ermənistanı sözün əsil mənasında çalxalayıb. Bu görüntülərə istinadən edən Ermənistan mediası isə “müharibə başlayır” deyə həyəcanlı xəbərlər yayıblar.

“Lragir” saytı yazır ki, Dağlıq Qarabağda vəziyyət kifayət qədər kəskindir.

Sayt çoxsaylı erməni əsgərinin məhv edildiyi haqda xəbərlərin yayıldığını yazıb və qeyd edib ki, bu, dəqiqləşməsə belə, konkret təkzib də olunmur.

Saytın müəllifi Naira Ayrumyan yazır ki, Bakı Qarabağda status-kvonu dəyişdirmək istiqamətində ciddi addımlara strat verib.

“Qarabağda genişmiqyaslı müharibənin olması ehtimalı yüksəkdir. Bu ehtimal İrəvanda politoloqlarla yanaşı, rəsmi dairləri də də həyəcanlandırır”, - deyə o qeyd edir.

Erməni politoloq Tiqran Abramyan Ermənistan rəhbərliyini cəbhədə hərəkətə keçməyə çağrıb.

Ermənistan mediası həmçinin, “Karnegi” fondunun eksperti Tomas de Vallın bu yaxınlarda verdiyi proqnozu xatırladır.

“Dağlıq Qarabağda 2017-ci ildə müharibənin başlaması riski böyükdür”, - deyə Vall bildirmişdi.

“Lragir”in məlumatına görə, İrəvanda siyasi dairələr rəqibin strateji obyektlərinə zərbə endirilməsinin vacibliyi haqda danışırlar: “Lakin bu, heç də asan məsələ deyil. Hakimiyyət nə qədər təbliğat aparsa da, Azərbaycanın hərbi potensialının güclü olduğu faktdır. Müharibə bizim üçün heç də yaxşı nəticələr doğurmaya bilər”.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort