access_time Dərc olunub: 10:21
Dünyanın ən nəhəng təyyarəsi güclü külək üzündən sərt eniş edib - VİDEO

"Emirates" aviaşirkətinə məxsus "Airbus A380" sərnişin təyyarəsi Düsseldorf hava limanına sərt eniş edib.

Lenta.ru yazır ki, Dubay-Düsseldorf reysini həyata keçirən təyyarə güclü külək səbəbindən uçuş-eniş zolağına uğurla enə bilməyib.

Lakin pilotlar qəzaya imkan verməyiblər.

Qeyd edək ki, "Airbus A380" dünyada ən iri (850 sərnişin yerli) hava gəmisidir.

"Ksavye" qasırğası ötən gün Avropada dağıntılara səbəb olub. Almaniyada 7 nəfər təbii fəlakətin qurbanı olub.

Şərhlər