access_time Dərc olunub: 09:04
Bakıda film kimi olay: uşaq sağ qaldı - Video

Bakıda kino səhnəsinə bənzəyən hadisə baş verib.


Xəzər xəbər-in məlumatına görə, 4-cü mərtəbədən yıxılan 10 yaşlı uşaq sağ qalıb. Möcüzəli hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 182 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 10 yaşlı Uğur Allahverdiyev binanın həyətində dayanan dostları ilə söhbət edərkən 4-cü mərtəbədən - mənzilin pəncərəsindən yıxılıb.

Birinci mərtəbədə olan üzüm talvarının üzərinə yıxılan uşağın ciddi xəsarətləri olmasa da, bədəninin bəzi yerləri bir az əzilib. Valideyinləri onu dərhal xəstəxanaya aparıblar. Hazırda heç bir ağrısı olmayan Uğurun üzərinə isə bundan sonra daha diqqətli olmaq düşür.

Şərhlər