Transferlərə ən çox pul xərcləyən klublar – SİYAHIbackend

Transferlərə ən çox pul xərcləyən klublar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
XXI əsrdə transferlərə ən çox pul xərcləyən futbol klublarının siyahısı açıqlanıb.
İngiltərə təmsilçisi “Çelsi” bu göstərici üzrə bütün rəqiblərini geridə qoyub.

London komandası 2000/2001 mövsümündən bu yana yeni oyunçuların alınması üçün 2,4 milyard avro ödəyib. İkinci pillədə İngiltərənin digər təmsilçisi “Mançester Siti” qərarlaşıb. “Şəhərlilər”in transferlərə çəkdiyi xərc 2,3 milyard avrodur.
3-4-cü sıraları İspaniyanın “Real Madrid” və “Barselona” klubları bölüşdürür. La Liqa təmsilçilərinin hər biri yeni futbolçulara ayrılıqda 2,2 milyard avro xərcləyib.
İtaliya “Yuventus”u (2,1 milyard avro) 5-ci, İngiltərə “Mançester Yunayted”i (2 milyard avro) 6-cı, İtaliya “İnter”i (1,7 milyard avro) 7-ci, Fransa PSJ-si (1,7 milyard avro) 8-ci, İngiltərə “Liverpul”u (1,6 milyard avro) 9-cu, İtaliya “Milan”ı isə (1,5 milyard avro) 10-cudur.
Qeyd edək ki, “Çelsi” 2000/2001 mövsümündən bəri 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə UEFA Çempionlar Liqasını və Avropa Liqasını qazanıb. Komanda bu il eyni zamanda UEFA Super Kubokuna sahib çıxıb.