Tribuna İnformasiya Agentliyi

Trampın məğlubiyyət qorxusu – ABŞ prezidenti indi də Kardaşyanın ərindən mədət umur

13 Oktyabr

ABŞ-ın məşhur reperlərindən Kanye Uest bu həftə bir daha prezident Donald Trampa tam dəstək verəcəyini açlqlayıb. Amerika şou-biznesinin tanınmış simalarından olan erməni əsilli Kim Kardaşyanın əri Uest bu həftənin 4-cü günü Donald Tramp və kürəkəni Cared Kuşnerlə Ağ Evdə görüşüb.

“Siz Trampın hər etdiyi ilə razılaşmaq məcburiyyətində deyilsiniz. Lakin mən onu sevməyə bilmərəm. Bizim hər ikmizdə əjdaha enerjisi var. O mənim qardaşımdır,” – reper tvitlərindən birində prezidentə olan məhəbbətini ihzar edib.

Lakin Kanye Uestin Ağ Evin qaradərililəri sevməyən irqçi sahibi ilə yaxınlığı onun öz reputasiyasıana ziyan vurub.

Bu yaxınlarda Kanye Uest sosial şəbəkələrdə xeyli təqibçisini itirib.

Onarın içində Rihanna, Kendrik Lamar, Niki Minaj kimi məşhurlar da var. Reper Snup Doq isə Uesti “ağ yuyub, qara sərib”. Snup Doq sosial şəbəkədəki statusunda Kanye Uesti ağdərili formada təsvir edən şəkli də qoyub.

Картинки по запросу trump kanye west snoop dogg

Bunun nəticəsində Uest hətta sosial şəbəkələrdəki akkauntlarını ləğv etməyə məcbur qalıb.

Trampa isə Uest hər şeydən öncə noyabr ayının 6-da keçiriləcək parlament seçkilərində qaradərili əhalinin dəstəyi üçün lazımdır.

Eksepertlərin rəyinə görə, bir tək Uestlə Donald Tramp rəngli amerikalılar arasında bərbad imicini düzəldə bilməz.

Xüsusilə Tramp hakimiyyətə gəldikdən sonra Ağ Evdə çalışanlar arasında afro-amerikan əsilli şəxlslərin sayı kəskin surətdə azalıb.

Dövlət Departamentində 30 ildən çox xidmət edən Uzra Zeya Trampın xarici səfərləri zamanı ona bir çox tədbirlərdə blok qoyulduğunu bildirib.

Картинки по запросу uzra zeya state department
Uzra Zeyanın sonradan araşdırdığına görə, o və onun kmi qarədərili işçilər Donald Trampın keçmiş müaşviri , irqçi düşüncələrin təbliğatçısı, ultrasağ Stiv Bennonun kadr siyasətini qurbanı olublar.

ABŞ prezidentinin keçmiş köməkçisi Omaros Maniqol Nyuman da keçmiş şefi haqqında yazdığı kitabda onu aşkar surətdə iqrçi olmaqda günahlandırıb.

Картинки по запросу omarosa newman

Amerikalı siyasi ekspertlər istənilən halda qaradərili əhalinin seçiminin Demokrat partiyasından yana olacağını vurğulayırlar.
“Onlar üçün Respublikaçılar parityası istənilən halda düşməndir. Afro-amerikalılar ağdərililərdən daha çox televizorun qabağında otururlar. “FOX” istisna olmaqla ABŞ kanallarının əksəriyyəti ən təhqiarmiz ritorikada Trampı tənqid etməklə məşğuldur”,- Moskavdakı Amerika univerisitetinin prezidenti Eduard Lozanski gazeta.ru-ya verdiyi rəydə söyləyib.